Fevralın 11-də «Eurovision-2011» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün final konserti olacaq.
Konsert Akademik Milli Dram Teatrında saat 21.00-da başlayacaq.
Final mərhələsində 5 ifaçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq.
Üçsaatlıq konsert proqramında finalçılarla yanaşı, «Eurovision» ulduzlarının da çıxışları nəzərdə tutulur.
Budəfəki şouda Azərbaycanın «Eurovision» Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Səfurə, Gürcüstanı təmsil etmiş Sofiya Nijaradze, San-Marinonun «Eurovision-2011»dəki təmsilçisi Senit, İsveçrənin «Eurovision-2011»dəki nümayəndəsi Anna Rossinelli, tanınmış DJ Devit Vendetta da çıxış edəcək.
Final konserti İctimai Televiziya ilə yanaşı, «Eurovision TV», Gürcüstanın İctimai Televiziyası və TRT vasitəsilə canlı yayımlanacaq.
Proqramı www.itv.az və www.eurovision.tv internet səhifələrində canlı izləmək mümkün olacaq.
Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın «Eurovision-2011»dəki təmsilçisi müəyyən ediləcək.
Final konsertində iştirak dəvətnamə əsasında olacaq.