Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

Azərbaycan və Ermənistan arasında yeni müharibə riski artır


Cəbhə xəttindəki toqquşmaların artması, sürətlənən silahlanma yarışı, qarşılıqlı hədələr və sülh danışıqlarının faktiki olaraq dalana dirənməsi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı müharibənin bərpası riskini artırır.

Beynəlxalq Böhran Qrupunun sonuncu hesabatında belə deyilir Qrupun fikrincə, tərəflərin hərbi imkanlarının artması üzündən budəfəki müharibə 1992-94-cü illərdəkindən daha dağıdıcı, qanlı ola bilər və region üçün daha təhlükəlidir. Tərəflərdən heç birinin tez, ya asan qələbəsi mümkün görünmür. Hətta nə Azərbaycan, nə də Ermənistan qarşı tərəfə qarşı irimiqyaslı hücum planlanmasalar da, vəziyyət ani olaraq nəzarətdən çıxa bilər.

XS
SM
MD
LG