Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:46

Ərşad Məhərrəmli. Şeirlər















Çəkilib özümə
Kirayə qaldığım evin küncündə…
Öz ölümümə
Ağlayacağam
Ilk dəfə.
Ölümümdən iyirmi üç il sonar…
Elə bu gecə
Təzədən ölmək arzusuyla
Yaşayacağam bir ildə

●●●

Gündə bir az unudacağam
özümü
Gündə bir az azalacaq
darıxmağım
Gündə bir az güləcəyəm
yaşamağın xətrinə
...birdə gördüz öldüm!

●●●

Çəkilib göyün üzünə
nə var ki, Allah olmağa?!
Düşüb Allahın izinə
itmək zülümdü, qardaşim!

Yağış yuyub izin-tozun,
Allah göydə azıb, bəlkə.
Mənə bir günahda yazın
getmək zülümdü, qardaşım!

Dayanmışam öz yerimdə
yerimdə yox sen deme ki,
Allah ölür əllərimdə
bitmək zülümdü, qardaşım!

Cavab vermir duasına
dualarım göydə qalib.
Sən deme göy tanrısına
yetmək zülümdü, qardaşim!

●●●

Işığa baxan, adam,
Birdən sönər o işıq.
Qaranlığa düşərsən
Fikrin olar qarışıq.

Bilməzsən kimsən? nəsən?
Toxunarsan özünə.
Dırnaqların itidir
Şıram düşər üzünə.

Səndə fərqli olarsan,
Hamı qacar görərsən.
Işığa baxma bəsdir
İşıq sönər ölərsən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG