«BƏS İNTİHARA ÇATDIRMA MADDƏSİ?»
Sahibkar Hikmət Səlimovun intiharından sonra Şəki rayon icra hakimiyyətinin iki yüksək vəzifəli əməkdaşı həbs edilib. Onlardan biri icra başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov, ikincisi tikinti və memarlıq şöbəsinin müdiri - baş memar Yusif Abdurahmanovdur.
Fevralın 7-də günorta saatlarında Şəki Rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildirdilər ki, icra hakimiyyəti rəsmiləri vəzifə səlahiyyətlərini aşmaqda və intihara çatdırmaqda ittiham olunurlar. Amma günün sonunda Respublika Prokurorluğunun yaydığı məlumatda deyilir ki, həmin şəxslərlə bağlı sadəcə bir maddəylə cinayət işi başlayıb. Vəzifə səlahiyyətlərini aşdıqları üçün 309.1 maddəsiylə iş gedir. İstintaqı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Sahibkar Hikmət Səlimov ötən həftə – fevralın 3-də Kiş çayının üstündəki körpüdən özünü atıb. Buna səbəb də rəsmi qurumların göstərişiylə mağazasının bir hissəsinin uçurulmasıdır.
Mərhumun qohumları iddia edir ki, Hikmət Səlimov 2003-cü ildən təzyiqlərə məruz qalıb. Keçmiş icra başçısı Nazim İbrahimovun qardaşının təzyiqlərindən sonra onun Şəki bazarındakı mağazasını bağlayıblar. Sahibkar da bazardan qıraqda yeni dükan açıb. Bu dəfəsə rayonun yeni icra başçısı Murad Cabbarlının mağazanın sökülməsi haqda göstəriş verdiyi deyilir.
RAYON MÜSTƏNTİQİNİN YARATDIĞI DOLAŞIQLIQ
İşi aparan Şəki rayon prokurorluğunun müstəntiqi Tural Kərimov açıqlama verməkdən imtina etdi. Fevralın 7-də o, AzadlıqRadiosuna hətta bu işə görə, həbs edilənlərin olmadığını da söyləmişdi.
- Heç bir söz deyə bilmərəm. Araşdırma aparılır. Araşdırma yekunlaşsın, bir söz deyərəm. Hikmət Səlimovun intiharı ilə bağlı araşdırma aparılır. Sizi maraqlandırır ölümün səbəbi nədir, məni də maraqlandırır, mən də onu araşdırıram.
Tural Kərimov işlə bağlı həbs edilənin olmadığını söyləsə də, az sonra Respublika Prokurorluğu bu haqda açıqlama yaydı. Açıqlamada deyilir ki, Hikmət Səlimov qızı Elfanə Səlimovaya ayrılan 30 kvadratmetr ərazidə icazəsiz mağaza və talvar tikdirib. Orda qanunsuz küçə ticarəti aparıb. Şəki şəhər bələdiyyəsi Hikmət Səlimova rəsmi xəbərdarlıq edib. O, inzibati xəta törətməkdə təqsirli bilinərək 20 manat cərimələnib.
Məlumatda daha sonra deyilir ki, icra başçısının müavini Eldəniz Qəhrəmanovla şəhərin baş memarı Yusif Abdurahmanov səlahiyyətlərindən kənara çıxıblar. Məhkəmə qərarı olmadan mağazanın və mağaza qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün göstəriş veriblər. Həmin tikililərin bir hissəsi traktor-ekskavatorla uçurulub. Bununla da şəxsin konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqlarını pozublar.
AİLƏ GÜNAHKARIN HƏBSİNİ İSTƏYİR
Mərhumun ailəsi AzadlıqRadiosuna müsahibədən imtina etdi. Qohumu Kamran Qafarov deyir ki, onlar nə lazımdı həm istintaqa, həm də mətbuata deyiblər. Bundan artıq nəsə danışmaq istəmirlər. O deyir ki, mərhumun xanımı Nailə Səlimova şəkər xəstəsidir, övladlarından birisə iflicdir. Ona görə də ailəni həyəcanlandırmağa əsas yoxdur.
Amma ailə üzvləri bir şey istəyir - günahkarın həbsini istəyir, icra başçısı Murad Cabbarlının.
TƏSADÜFİ QURBANLAR?
Rayonda belə söz-söhbət də gəzir ki, əslində, müavinlə şöbə müdiri güdaza gedib. Onlar hər ikisi hakimiyyətin son günlər korrupsiya ilə mübarizə kampaniyasının qurbanlarıdır. İcra başçısının müavini Rafael Manafov bu haqda sualımızı cavablandırmadan telefonu qapatdı.
Hüquqşünas Aslan İsmayılova görə, hakimiyyət son günlər şou qurub:
«Birincisi, icra başçısının müavini və ya şöbə müdiri başçının razılığı olmadan bir kərpici də uçura bilməzlər. Ancaq başçının birbaşa tapşırığı ilə bu həyata keçirilir. Bu gün də elə bir intihar halı ola bilərdi. Bir şəxsin əmlakını ədliyyə işçiləri zorla əlindən aldılar. Qanuni əsası olmadan. Bir məmurun xeyrinə. Mən Ramiz Mehdiyevə məktub yazdım ki, sizin yanvarın 27-də keçirdiyiniz iclasa inanmaq istəyirdim. Bu gün baş verənlərdən sonra inanmıram. Bu şoudur. Nazirlər bir-bir kollegiya keçirirlər. Bu milləti ələ salmaqdır, bunların deməyi ki, sən demə ölkədə rüşvət varmış...»
«ŞƏKİDƏ MƏSƏLƏNİ QƏSDƏN QABARDIRLAR»
Hüquq müdafiəçisi Leyla Yunus da Şəkidə baş verənlərin qəsdən qabardılması qənaətindədir:
«Mənim fikrimcə, Şəkidə məsələni qabardırlar. Prokurorluq da çıxış elədi. Cinayət işi də açıldı. Onlar hansı maddəylə iş açıblar – vəzifə səlahiyyətini aşmaqla. Bəs intihara çatdırmaq maddəsi hardadır? Azərbaycanda qanun işləmir...»
Leyla Yunus deyir ki, mülkiyyət hüquqlarının qorunduğuna o zaman inanar ki, Bakı şəhər icra başçısı barədə cinayət işi açılsın. Çünki paytaxtda daha çox vətəndaşın mülkiyyət hüquqları pozulub. Buna görə işgəncəylə üzləşən də az olmayıb.
Yanvarın 27-də prezidentin tapşırığı ilə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının toplantısı olub. Sahibkarların hüquqlarının pozulduğu, onlardan rüşvət istəndiyi bildirilib.