Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 07:09

İranda amerikalıların məhkəməsi başlayıb


İranda casusluqda ittiham olunan 3 ABŞ vətəndaşının məhkəməsi başlayıb.

İranın hakim dairələri onların azadlığa buraxılmasıyla bağlı Birləşmiş Ştatların çağırışlarını rədd edib. Amma onlardan biri Sarah Şhourd ötən ilin sentyabrında 500 min dolar girov qoymaq şərti ilə azad edilib.

Onlar 2009-cu ilin iyulunda İraqın şimalından İrana keçərkən həbs olunublar. İranın hakim dairələri onları sərhəddi qanunsuz keçməkdə və casusluqda itiham edir.

Amma ABŞ vətəndaşları səyahət vaxtı sərhədi səhvən keçdiklərini deyirlər.
XS
SM
MD
LG