Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Metroda pulun yüklənməsi terminallarının işi bərpa olunmaqdadır


Metro qatarları
Metro qatarları
Fevralın 5-də Bakı metrosunun bəzi stansiyalarında keçid kartlarına pulun yüklənməsi üçün nəzərdə tutulan terminalların işləməməsinə səbəb onların təkrar proqramlaşdırılması olub.

Bu barədə AzadlıqRadiosuna Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib.

O bildirib ki, səhər saatlarında «Neftçilər» və «20 Yanvar» stansiyalarında sıxlıq yaransa da, artıq bu aradan qalxıb və terminallar əvvəlki fəaliyyətini davam etdirir.

Hazırda bəzi metro stansiyalarında terminalların fəaliyyəti tam bərpa edilmədiyindən, keçid kartlarına pulu metropolitenin işçiləri yükləyirlər.
XS
SM
MD
LG