Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:28

Yataqxanada baş verən yanğın ölümlə nəticələndi


Fevralin 4-də axşam saatlarında, Bakının Yasamal rayonunun Şərifzadə küçəsində - İnşaat Universitetinin məcburi köçkünlər məskunlaşan 5 mərtəbəli yataqxanasında yanğın baş verib. Nəticədə 1 nəfər həlak olub, 5-ə yaxın adam xəsarət alıb.

Hadisənin şahidlərinin dediyinə görə yanğın binanın 2-ci mərtəbəsində qaz sızmasından baş verib. Sakinlər ölənin Cəfərov Rəhman Qulam oğlu olduğunu deyirlər. Onun yanğından edilərkən yıxılıb öldüyü bildirilir. Yasamal polisindən AzadlıqRadiosuna faktı təsdiqləyiblər.

Yanğının qarşısı alınıb. Hazırda FHN-ın əməkdaşları hadisə yerindədilər.
XS
SM
MD
LG