Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:03

Bayraq Meydanı hələ «mühasirədə» saxlanır


Mətbuat icmalı
Mətbuat icmalı
MİLLİ BAYRAQ YERİNƏ ASILMAYIB

«Bizim yol» qəzeti bu sayında da bayraq mövzusunu davam etdirir. Qəzet milli bayraqla bağlı vəziyyətin hələ də müəmmalı olaraq qaldığını yazır:

«Ötən gün FHN küləyə davam gətirməyərək laxlayan dirəyin bərkidilməsi ilə bağlı işlərin uğurla aparıldığını bildirib. Lakin bayrağı dirəyə asmayıblar. Səbəblər məlum deyil.

«Bizim yol» hələlik bayraq meydanının «mühasirə» vəziyyətində olduğunu, FHN və «Azərenerji»nin mühafizə xidmətlərinin dirəyin şəklini çəkmək və ya şərh almaq istəyən jurnalistlərə imkan vermədiyini bildirir:

«Meydana yaxınlaşanların hamısı oradan uzaqlaşdırılır. Heç yerdən şərh almaq mümkün deyil. Yaxın evlərin sakinləri isə çaxnaşma içindədir, belə ki, ikinci dəfə onları evakuasiya edirlər. Sakinlər köçməli olacaqlarından ehtiyatlanırlar, çünki bu, Bakıda sonuncu külək deyil».

AZƏRBAYCAN İQTİDARININ «B» PLANI

«Prezident baş naziri dəyişir, yeni seçkilər keçirilir...».

«Yeni Müsavat» qəzetinin sonuncu sayının baş məqaləsi belə adlanır. Müəllif T. Bəşiroğlu yazır ki, hakimiyyət komandası ciddi dəyişikliklər ərəfəsindədir:

«Rejim ideoloqları narahatdır; ölkə müxalifəti ilə təmaslar başlaya, yeni parlament seçkiləri keçirilə bilər. Tunisdə və Misirdə baş verən inqilabi hadisələr Azərbaycan hakimiyyətini də narahat edir. Artıq yeni və ciddi planlar üzərində iş gedir; bir sıra ilkin və əhəmiyyətli qərarlar verilib...

İqtidar ideoloqları daha çox kənar təsirlər nəticəsində xalqın və müxalifətin təhriklərə gedə biləcəyindən narahatdırlar».

300 MİLYON MANATIN NECƏ XƏRCLƏNDİYİ GİZLƏDİLİR

«Azadlıq» qəzeti bu başlıq altında Bakı Apellyasiya Məhkəməsinin daşqına məruz qalmış rayonların sakinlərinin şikayətini təmin etmədiyini bildirir.

«Söhbət 2010-cu ilin yazında daşqının ziyan vurduğu 7 rayonda mənzillərin bərpası zamanı xərclənmiş 300 milyon manatdan gedir...».

AZƏRBAYCAN QADINI İNKİŞAFINA GÖRƏ ŞƏRQƏ NÜMUNƏDİR

«Azərbaycan» qəzeti təəssüflə bildirir ki, bəzi dairələr ölkədə normal dini durumu gərginləşdirməyə uğursuz cəhdlər edir, müxtəlif süni ajiotajlar törədir, baş örtüyü məsələsi ilə bağlı ictimai narazılıq yaratmağa çalışırlar.

Qəzetin fevralın 4-də dərc olunan sayında bu kimi məsələlərə Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva münasibət bildirir:

«Həqiqətən də bu məsələ ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Qadınlar «Bizə yaradılan münbit şəraitdən bəhrələnib cəmiyyət həyatında daha faydalı olmalıyıq, yoxsa yenidən geriyə - cəhalətə doğru qayıtmalıyıq?» - deyə bizdən soruşurlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG