Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Yerli teleməkanda yeni kanal işə başlayır


“Mədəniyyət” kanalı fevralın 14-dən yayıma başlayır.

Yeni kanalla bağlı tender ötən ilin yayında keçirilib. Tenderdə yeganə iştirakçı olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti müsabiqənin qalibi olub.

“Aztv.az” saytı xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov deyib ki, yeni kanalın əsas məqsədi Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi daha geniş auditoriyaya təqdim etmək, milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etməkdir.

“Media forum” saytının məlumatına görə, uzun müddət AzTV-də çalışan Fuad Vəlixanov televiziyaya proqram direktoru təyin olunub. Televiziyada maarifçilik redaksiyasına rəhbərlik edən İlham Rəhimli həmin istiqamət üzrə direktor müavini, AzTV-nin musiqi redaksiyasınını baş redaktoru Nadir Axundov da həmin istiqamət üzrə digər müavin təyin olunub.

“Mədəniyyət” kanalının baş direktorunun kimliyi ilə bağlı qəti qərar verilməyib.
Fevralın 14-dən ilk dəfə efirə çıxacaq “Mədəniyyət” kanalının həmin gün II Beynəlxalq Muğam Müsabiqəsinin açılışını yayımlayacağı bildirilir.
XS
SM
MD
LG