Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:28

Hollandiya İrandan edam edilən qadının meyitini istəyir



Hollandiya xarici işlər naziri deyir ki, onun hökuməti həm İranın, həm Hollandiyanın vətəndaşı olan və bu günlərdə edam edilən qadının meyidini geri istəyir. Nazir Uri
Rosenthal bildirib ki, Hollandiya hakimiyyəti Zəhra Bəhramiyə əzab verilibib-verilməməsini müəyyən etmək istəyir.

Məlumatlara görə, narkotik ticarətində günahlandırılan Bəhrami bir neçə gün əvvəl edam edilib. Onun ailəsi və yaxınları ittihamı qəbul etmir və bildirirlər ki, o, 2009-cu ildə prezident seçkilərindən sonrakı aksiyalarda iştirak etdiyi üçün cəzalandırılıb.

Bu hadisədən sonra Niderland İranla diplomatik əlaqəni dondurub.
XS
SM
MD
LG