Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:43

Misirin ardınca, Yəməndə "qəzəb günü" elan edilib


Yəməndə bu gün “qəzəb günü” elan edilib. Minlərlə adam küçələrə çıxıb 30 il ölkəyə rəhbərlik edən prezident Ali Abdullah Saleh-in istefasını tələb edirlər. Prezident müəyyən islahatlar təklif etsə də 20 minə yaxın etirazçı hələ də paytaxt Sanaa-nın keçələrini tərk etmirlər.

Bu arada şəhərdə prezidentin tərəfdarlarının da toplaşmağa başladığı bildirilir.
Fevralın 2-də, Çərşənbə günü Prezident Saleh çıxış edib söz vermişdi ki, 2013-cü ildə bitən prezidentlik müddətindən sonra namizədliyini irəli sürməyəcək, hakimiyyəti də oğluna təhvil verməyəcək.
XS
SM
MD
LG