Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:16

50-60 nəfərlik sakini olan ucqar kəndlər qazlaşdırılmayacaq


«Azəriqaz» İstehsalat Birliyinin sədri Əkbər Hacıyev deyir ki, belə kəndlərdə qazlaşdırma iqtisadi cəhətdən baha başa gəldiyindən alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğun sayılır: «Biz kilometrlərlə qaz borusu çəkib, 50 nəfərə qaz verməkdənsə, əvvəlcə aran rayonlarındakı 1000-2000 nəfərlik kəndlərə qaz çəkilməsi məqsədəuyğundur. Kiçik kəndlərin qazlaşdırılması mümkün olmadığına görə, ölkədə əhalinin 90%-nin qazlaşdırılması barədə danışılır».

Əkbər Hacıyev alternativ enerji deyəndə külək, günəş enerjisini nəzərdə tutduğunu, amma bu sahəyə onların cavabdeh olmadığını bildirdi.
XS
SM
MD
LG