Bakının qaz təchizatı şəbəkəsi Avropa standartlarına uyğun yenidən qurulacaq. Bunu fevralın 3-də keçirdiyi mətbuat konfransında «Azəriqaz» İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib.
Onun sözlərinə görə, layihənin ümumi dəyəri 800-900 milyon avro olacaq. Bu ayın sonuna kimi isə layihəni hazırlayacaq podratçı seçilməlidir.
Əkbər Hacıyev bildirib ki, hazırda Almaniyanın «EON» və «RWE» şirkətləri ilə danışıqlar aparılır: «Fevralın sonunadək seçiləcək şirkətlərdən biri ilə Bakının qaz sisteminin yenidən qurulmasına dair layihə hazırlanacaq və bunun üçün tərəflər arasında memorandum imzalanacaq».
Layihənin hazırlanması prosesi 2011-ci ilin sonunadək başa çatmalıdır. İcrasına isə 2012-ci ildən başlanacaq və proses təxminən 10 il çəkəcək.