Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 18:15

Avropa Şurası Bakıdakı informasiya ofisini bağlayıb

Avropa Şurasının Bakı ofisindən “Mediaforum” saytına bildiriblər ki, informasiya ofisi bu ilin yanvarından fəaliyyətini dayandırıb.

Avropa Şurası informasiya ofisini təkcə Azərbaycanda bağlamayıb. Şura bütün ölkələrdəki informasiya ofislərini bağlayıb. Bu, Avropa Şurasında struktur dəyişikliklərini nəzərdə tutan islahatlarla bağlıdır.

İnformasiya ofisinin funksiyasını bundan sonra Avropa Şurasının Bakı nümayəndəliyi həyata keçirməlidir. Lakin nümayəndəlikdə mətbuatla əlaqələr üzrə məsul şəxs olan Mahir Müşteyidzadə işdən çıxıb. Hazırda Avropa Şurasının Bakı ofisində jurnalistlərin suallarını cavablandıracaq şəxs yoxdur.

İnformasiya ofisi bağlandığına görə ofisin iki əməkdaşı da işdən azad olunub.
This item is part of
XS
SM
MD
LG