Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 18:29

Saakaşvilinin anası Bakıda mühazirə oxudu


Giuli Alasania
Giuli Alasania
Gürcüstan prezidenti Mixeil Saakaşvilinin anası Dr. Giuli Alasania Bakıdadır.

Fevralın 1-də xanım Alasania Diplomatik Akademiyada Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinə dair mühazirə söyləyib.

Mühazirədən sonra Giuli Alasania AzadlıqRadiosunun son vaxtlar ərəb ölkələrində baş verən hadisələrlə bağlı suallarını da cavablandırıb.

- Xanım Alasania, hazırda ərəb dünyasında müşahidə olunanlara münasibətiniz.

- Açığı mənim üçün ərəb ölkələrində son vaxtlar baş verənlər gözlənilməz idi. Xüsusilə də Misirdə. Amma bununla belə ümid edirəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq.

- Sizcə, bu hadisələri necə dəyərləndirmək, adlandırmaq olar?

- Hər halda, orada insanların xoşbəxt olmadıqları bu hadisələrdən aydın görünür.

- Bəzi siyasətçilər hesab edirlər ki, bu hadisələr Cənubi Qafqazdan da yan keçməyəcək. Bu cür düşünənlər iddia edirlər ki, Tunisdə, Misirdə və başqa ərəb ölkələrində yaşananlar Azərbaycanda da təkrarlana bilər. Siz bu ehtimalı nə dərəcədə inandırıcı sayırsınız?

- Bütün bunlar zəncirvarı hadisələrə oxşayır - əvvəl Tunis, sonra da Misirdə baş verməklə dalğa şəklində gəlir. Amma buna baxmayaraq, mən belə düşünmürəm. Şükürlər olsun ki, Azərbaycanda belə hadisələrin baş verməsi ehtimalı yoxdur.
XS
SM
MD
LG