Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 17:53

AŞPA həmməruzəçiləri siyasi partiya liderləri ilə görüşüb


Fevralın 2-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri bir sıra siyasi partiya liderləri ilə görüşüblər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşlər təkbətək keçirilib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, görüşdə parlament seçkiləri, onun nəticələri, Azərbaycanda demokratik seçki ənənəsi, siyasi partiyaların vəziyyəti kimi məsələlər müzakirə olunub.

Həmməruzəçilər Joseph Debono GrechPedro Agramunt fevralın 1-dən Bakıda görüşlər keçirir. Fevralın 3-dək davam edəcək görüş zamanı həmməruzəçilərin prezident də daxil olmaqla bir sıra rəsmilər, KİV nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Azərbaycanın əsas müxalifət partiyaları – AXCP və Müsavat həmməruzəçilərlə görüşdən imtina edib.
XS
SM
MD
LG