Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:18

Yeni tariflər, Avropanın «mağara» mədəniyyəti və nəşə


Mətbuat icmalı
Mətbuat icmalı
«YENİ TARİFLƏR ƏHALİNİN SOSİAL VƏZİYYƏTİNƏ CİDDİ TƏSİR GÖSTƏRMƏYƏCƏK»

«Azərbaycan» qəzeti Tarif Şurasının katibi Elşən Əsədovun «AzərTac»a müsahibəni dərc edib. E. Əsədov bir neçə sahə üzrə tariflərin artırılmasını izah edərkən bildirib ki, «aidiyyəti qurumlardan daxil olmuş müraciətlər araşdırılarkən əhaliyə sosial təsir nəzərə alınmaqla yeni tariflərə kompleks baxılmışdır»:

«Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilmiş iclasında aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Aparılmış tarif dəyişikliklərinin əsas səbəbi mövcud tariflərin həmin xidmətlərə çəkilən xərcləri ödəməməsi ilə yanaşı, bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır...».

«QARA QIZIL»IN «İNTELLEKTUAL QIZIL»A ÇEVRİLMƏSİ SİYASƏTİ

«Bu gün aparılan siyasət Azərbaycanda yaradıcı, intellektual biliyə malik gənclər sinfinin formalaşmasına yönəlib».

«Yeni Azərbaycan» qəzetinin bugünkü sayında yer alan bu fikrin müəllifi Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdur.

E. Aslanov deyib ki, son illər ərzində ölkədə «qara qızıl»ın «intellektual qızıl»a çevrilməsi siyasəti gənclər sektorunda həyata keçirilən işlərin bariz nümunəsidir. Hazırda 5 minə yaxın gənc öz təhsilini müxtəlif ölkələrdə davam etdirir:

«Xaricdən gələn və dövlət qurumlarında işləyəcək gənclər öz bilikləri və bacarıqları ilə digərlərinə nisbətən daha geniş fayda verəcəklər. Bu da «qara qızıl»ın «intellektual qızıl»a çevrilməsi, yeni insan kapitalının formalaşması üçün zəmin yaradır. Azərbaycan Prezidentinin bu gün apardığı siyasət Azərbaycanda yaradıcı, intellektual biliyə malik gənclər sinfinin formalaşmasına yönəlib».

NƏŞƏ VƏ SOVET HAKİMİYYƏTİ?

«Vətəndaşın cibinə nəşə atmağı Sovet hökuməti də öz ləyaqətinə sığışdırmırdı». «Azadlıq» qəzetinə müsahibə verən tarix elmləri doktoru Cəmil Həsənli belə deyib:

«Bir dəstə adama dostluq, qohumluq, yerliçilik, şəxsi sədaqət və digər prinsiplərə görə deputat mandatı vermək, onları müxtəlif vəzifələrə göndərmək Azərbaycan dövlətinə, millətinə və xalqına qarşı xəyanətə bərabər bir addımdır»

«VİTSE-SPİKER SƏFİRLİKLƏRİ AGENTURA ADLANDIRDI»

«Bizim yol» qəzeti

Birinci vitse-spiker Ziyafət Əsgərov Azərbaycanda siyasi məhbuslar və Avropa Şurasının tələbləri barədə danışıb. Avropanın və Asiyanın heç bir hüquqi sənədində və Cinayət Məcəlləsində «siyasi məhbus» anlayışının olmadığını deyən Əsgərov bildirib ki, varsa, niyə Avropa Şurası bir sənədinə və ya konvensiyasına bunu salmır:

«Azərbaycanda aparılan araşdırmalar zamanı məlum olur ki, bu məsələni beynəlxalq təşkilatların sənədlərinə qəsdən salmırlar. Onlar bu vasitə ilə başqa ölkələrin daxili işlərinə qarışmaq istəyirlər. Bu qədər insanın daxili işinə qarışmaq olmaz. Biz bilirik ki, bizdə siyasi məhbus yoxdur, konkret əmələ görə, cinayətə cəlb olunan şəxslər var. Biz deyirik yoxdur, siz deyirsiniz var. Ortada bir hakim olmalıdır».

Z. Əsgərov Avropa Şurasında Yaxın Şərqdə xristianların öldürülməsinə dair müzakirələri də tənqid etdi:

«Azərbaycanda bir milyon müsəlman ev-eşiyindən didərgin düşüb. Ay Avropa, niyə bu məsələni qaldırmırsınız? Bu, mağara mədəniyyətidir. Yaxın Şərqdə qırılan insandır, Əfqanıstanda qırılan insan deyil? Nə qədər gizlətmək olar? Axı nə qədər bəzi səfirliklər burada agentura rolunu oynayacaq?»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG