Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 18:06
Azərbaycanın Gənclər və İdman Nazirliyi gənclərin sosial problemlərinin həll olunmasında əsas problemlərdən biri kimi məşğulluq məsələsini görür.

Bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov bildirib. Nazir deyib ki, bu il gənclərin məşğulluq probleminin həlli üçün əmək yarmarkaları və kursların keçirilməsi nəzərdə tutulur.

A. Rəhimov bu il ərzində gənc biznesmenlərin müsabiqəsinin keçiriləcəyini də bildirib.

Əcnəbi gənclərin Azərbaycana marağını oyatmaq üçün beynəlxalq gənclər düşərgələri yaradılacaq. Həmçinin, Azərbaycan gənclərinin də xaricə göndərilməsi layihələri həyata keçiriləcək. / APA /

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG