Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:14

«Prioritetim Qarabağ münaqişəsinin həlli olacaq»


Matthew Bryza
Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet məsələ olacaq.

Bunu səlahiyyətlərinə başlamaq üçün Bakıya yola düşəcək Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Matthew J. Bryza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə deyib.

O bildirib ki, Azərbaycan və ABŞ arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacaq.

ABŞ-Azərbaycan Ticarət Palatasının tədbirində Palatanın üzvləri, səfir Bryza və onun ailə üzvləri, Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər.
XS
SM
MD
LG