Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:07

MM-də amnistiya layihəsi üzərində iş getmir


Amnistiya olub-olmayacağı ilə bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov fevralın 1-də jurnalistlərin suallarına cavab verib. O deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bir neçə dəfə amnistiya qərarı qəbul edilib: “Amnistiya aktı hansısa günlə, bayramla bağlı ola bilməz. Bu qərar qəbul edilməzdən öncə ciddi statistik araşdırmalar aparılmalıdır. Məsələn, sonuncu amnistiya aktında istiqamət də göstərilmişdi. Amnistiya şamil olunanların 60 faizi qadınlar idi”.

Bir qayda olaraq amnistiya təklifinin dövlət başçısından daxil olduğunu deyən komitə sədri gələcəkdə də dövlət başçısından bu cür təkliflərin ola biləcəyini istisna etməyib.
Ombudsmanın təklifinə gəlincə, Əli Hüseynov vurğulayıb ki, bu, sadəcə bir təklifdir. Belə təkliflər Milli Məclisə çox gəlir.

Əli Hüseynov bildirib ki, hazırda Milli Məclisdə hər hansı amnistiya layihəsi üzərində iş getmir.
Bu il yanvarın 24-də ombudsman Elmira Süleymanova amnistiya elan olunması təklifi ilə Milli Məclisə müraciət etmişdi.
XS
SM
MD
LG