Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:13

26 nəfər vəzifədən və ədliyyə orqanlarından xaric olunub


Fikrət Məmmədov
2010-cu ildə Azərbaycanda korrupsiya hüquqpozmaları ilə əlaqədar 4 nəfər barədə materiallar prokurorluğa göndərilib.

220-dən çox ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib. 26 nəfər vəzifədən azad və ədliyyə orqanlarından xaric edilib.

Ədliyyə Nazirliyinin kollegiya iclasında nazir Fikrət Məmmədov bildirib ki, korrupsiyaya qarşı mübarizə üzrə ədliyyə orqanlarında həyata keçirilən tədbirlərə baxmayaraq, neqativ hallar hələ də var.

Nazirliyin internet səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir ki, ədliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması haqda ciddi tapşırıqlar verilib.

Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirib. «Qanunsuz yoxlamalar, korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır» deyən Ramiz Mehdiyev qısa müddətdə problemləri həll etməyi tapşırıb.

Şərhlər (15)

Bu forum dayandırılıb
XS
SM
MD
LG