Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

Avropa Birliyi 158 Belarus rəsmisinə qadağa qoyur


Avropa Birliyi Xarici İşlər nazirləri yanvarın 31-i Belarus rəhbərliyinə qarşı sanksiyalarla bağlı qərar verməlidirlər. Avropa Birliyinin Lukaşenka rejimini demokratiya sahəsində götürdüyü öhdəlikləri yerinə yetirməməsi, son seçkilərdə müxalifətə divan tutmasına görə cəzalandırması gözlənilir.

Nazirlər artıq bir neçə həftədir ki, cəzanın növləri haqda baş sındırırdılar. Avropa Birliyi Xarici Siyasət rəsmisi Catherine Ashton-un sözçüsü Maja Kocijancic deyib ki, onlar Belarus rəsmilərinə viza qadağası qoymaq istəyirlər. Bu dəfə Avropa Birliyinə səfələri qadağan ediləcək rəsmilərin siyahısı 2006-cı ildəkindən çox olacaq.

2006-cı ildə də AB 40-a yaxın Belarus rəsmisinə viza sanksiyası qoymuşdu. Ancaq 2 il sonra bu sanksiya qaldırıldı. Bu dəfə isə diplomatların AzadlıqRAdiosuna verdiyi məlumata görə, 150-ə yaxın rəsmiyə viza sanksiyasından söhbət gedir. Bu siyahıda həm əvvəlki rəsmilər, həm də son təzyiqlərdə aktiv rol oynayan rəsmilərin adları olacaq.

Avropa Birliyinin qara siyahısına adı düşənlərə qarşı çox güman ki, ABŞ-da eyni sanksiyaları tətbiq edəcək. Üstəlik, siyahıya düşənlərin bank hesabları da dondurulacaq, və onlara yaxın olan şirkətlər əlaqələr də qadağan olunacaq. Hal hazırda Avropa Birliyinin Xarici Siyasət idarəsiylə ABŞ Dövlət Departamenti məsələylə bağlı məsələhətləşmələri dava etdirir.

ABŞ Dövlət KAtibinin köməkçisi Philip Gordon ötən həftə bildirmişdi ki, sanksiyalarla yanaşı, ABŞ Belarusda demorkatiyanın inkişafına ayırdğöı yardımları da 3 milyon dollar artıracaq. Və 14 milyon dollara çatdıracaq.


Şənbə günü Belarusda Dekabrın 19-dakı etirazlardan sonra həbs edilənlərin sonuncu qrupu da buraxılıb. Buraxılanların arasında keçmiş prezidentliyə namizədlər Uladzimir Nyaklyaeu və başqa bir namizəd Andrei Sannikau-nun həyat yoldaşı, journalist Irina Khalip da var. Sannikau özü isə hələ həbsdə qalıb.

Ancaq elə buraxılanlar da sadəcə həbsxanadan buraxılıblar. Ancaq ev həbsindədirlə. Özü də xüsusi xidmət orqanları onlara evlərindən kənardan yox, elə elərində nəzarəti davam etdirir ki, nə müsahibə versinlər, nə kiminləsə əlaqə saxlasınlar və s.

Avropa Birliyinin sözçüsü Maja Kocijancic onu da deyib ki, nazirlər sanksiyalarla yanaşı sıravi Belaruslulara necə yardım etməyin yollarını da müzakirə edəcəklər.

Məsələn, Polşa və İsveç kimi ölkələr kəskin sanksiyalar tərəfdarı olsalar da, sıravi belaruslular üçün viza güzəştləri məsələsini də gündəmə gətirmək istəyirlər.

Çünki hal-hazırda Belarus vətəndaşları Avropa Birliynə viza üçün 65 avro pul dəyir, Rusiya və Ukrayna vətəndaşlarından 30 avro daha çox. Polşa və Litva birtərəfli qaydada Belarus vətəndşaları üçün viza rüsumunu ləğv edib, və digər Avropa Birliyi ölkələrinidə eyni addımı atmağa çağırır.

Yükun sanksiya qərarının mətnində siyasi məhbusların azadlığa buraxılması çağırışı və onların ailələrinə yardım edilməsi məsələsi də əks olunmalıdır.

Litva Xarici İşlər Naziri Audronius Azubalis deyib ki, ATƏT-in Mİnskdə qapadılan ofisinin açılması məsələsini də müzakirə edirlər.

Brüsseldə bu gün başlanan müzakirələr zamanı artıq sanksiya siyahısında 158 nəfərin adının olacağı dəqiqləşib. Luksemburqun Xarici İşlər Naziri Jean Asselborn deyib ki, “Lukaşenka öz davranışı ilə bütün etibarı itirib”.

Ancaq, Avropa Birliyi Mİnsklə bütün əlaqələri kəsməyə qərar verməyib. Məsələn, müzakirə olunan qərar layihəsində Belarusla Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın kəsilməsindən söz də açılmır. Üstəlik, sanksiya siyahısında Belarusun Xarici İşlər naziri Sergey MArtinov və Baş nazirin Birinci müavini Viktor Semashkonun adı yoxdur. Diplomatlar bu faktla bağlı Frans-Pressə deyiblər ki, “biz bəzi qapıları açıq saxlamaq istəyirik. Üstəlik, Belarusdakı pis adamların içində Xarici İşlər naziri ən pisi deyil”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG