Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 05:46

Qazaxıstanda vaxtından əvvəl prezident seçkisi olacaq


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə erkən prezident seçkisi keçiriləcəyini bildirib. Nazarbayev yanvarın 31-də dövlət televiziyası ilə çıxışında bu barədə məlumat verib. Amma o, yeni seçkinin nə vaxt keçiriləcəyi haqqında tarix söyləməyib.

Qazaxıstanda növbəti prezident seçkisi 2012-ci ildə keçirilməli idi. Amma parlamentin Nazarbayevin 2020-ci ilə qədər prezident qalması barədə referendum keçirilməsinə dair qanun qəbul edib. Amma Nazarbayev həmin qanunu imzalamadan ekspertiza üçün Konstitusiya Şurasına göndərmişdi.

Elə bu gün prezidentin çıxışından bir qədər əvvəl Şura həmin qanunu təsdiqləməyib. bundan sonra dövlət televiziyasına çıxan Nazarbayev də həmin qanunu rədd etdiyini bildirib, amma ardınca deyib ki, ölkədə vaxtından əvvəl prezident seçkisi olacaq. Prezident bildirib ki, növbədənkənar seçkilərlə bağlı təklifini parlamentə göndərəcək.

Yanvarın 28-də Nazarbayev xalqa müraciətində demişdi ki, xalqın istədiyi qədər hakimiyyətdə qalmağa hazırdır.

70 yaşlı Nazarbayev 20 ildir Qazaxıstanda hakimiyyətdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG