Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib. Bunu o bu gün televiziya ilə xalqa etdiyi müraciətində bildirib.
Seçkilərin tarixi hələlik məlum deyil.
Nazarbayev bu təklifi Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılmasına dair referendum keçirilməsi qərarını qanunsuz elan etdikdən sonra irəli sürüb.
Prezident bildirib ki, növbədənkənar seçkilərlə bağlı təklifini parlamentə göndərəcək.
Qazaxıstanda president seçkiləri 2012-ci ildə keçirilməlidir.