Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 21:29

İctimai Palata Rəsulzadəni andı


Yanvarın 31-i Məmməd Əmin Rəsulzadənin doğum günüdür
Yanvarın 31-də İctimai Palata Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçirib.

Yanvarın 31-i Şərqdə ilk respublikanın qurucularından biri - Məmməd Əmin Rəsulzadənin doğum günüdür.

Aksiyada çıxış edən Müsavat Partiyası başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyiblər ki, hazırda respublikanı korrupsionerlər və demokratiyanın əleyhinə olanlar idarə edir.

İsa Qəmbər ərəb ölkələrində baş verənlərə toxunaraq bu hadisələrin Azərbaycanda da yaşanacağını deyib.

Əli Kərimli isə bildirib ki, indilik Misir hadisələrinin Azərbaycanda baş verməməsinə görə utanmaq lazım deyil:

«Mübarizə aparmaq lazımdır. Bu rejimin hakimiyyətdən getməsinə nail olmaq lazımdır».

Aksiya iştirakçıları sonda Rəsulzadənin valideynlərinin qəbirlərini ziyarət ediblər.

Bu il həmçinin Rəsulzadənin qurucusu olduğu Müsavat Partiyasının da 100 yaşı tamamlanır.

Partiyanın indiki başqanı İsa Qəmbər deyib ki, 2011-ci il Müsavat ili elan olunmalıdır.

Şərhlər (16)

Bu forum dayandırılıb
XS
SM
MD
LG