Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

Misirdən çıxarılan azərbaycanlılar Bakıda


Misirdən gələcək Azərbaycan vətəndaşlarının doğmaları narahatlıq içində gözləməkdə idilər
Qahirədən Azərbaycan vətəndaşlarını gətirən təyyarə yanvarın 31-i səhər saat 03:15-də Bakı hava limanına endi. Xüsusi reys Qahirədən 103 nəfər Azərbaycan vətəndaşını gətirdi.
Hələ gecə saat 12 radələrindən Misirdən gələcək Azərbaycan vətəndaşlarının doğmaları narahatlıq içində gözləməkdə idilər. Onlardan 20-25 yaşlı Fəridə adlı bir qızı xüsusilə göz yaşlarını saxlaya bilmirdi:

«BİRCƏ O GƏLƏYDİ, HEÇ DƏRDİM OLMAZDI...»

- Qardaşımı gözləyirəm. Natiq Əliyevi. Qardaşım Bakı İslam Universitetində oxuyurdu. 2 ay idi ora getmişdi. İndi Misirdə təhsil alırdı. Səfirliyin əməkdaşı Nicat Qocayevin ölümündən sonra narahatlığımız daha da artıb. Bir gün telefon əlaqəsi saxlaya bilməmişdik, az qalmışdı, anamla mən narahatçılıqdan ölək. Bir qardaşım var. Bircə o gələydi, heç dərdim olmazdı...

Azərbaycanın Qahirədəki səfirliyinin 1-ci katibi Hikmət Hacıyev
Bakıdan yanvarın 30-u günorta saatlarında Qahirəyə uçan təyyarənin əvvəl saat 20, daha sonra isə 24 radələrində Bakıya qayıdacağı bildirilirdi. Gözləyənlərin intizarına isə səhər 3:15-də son qoyuldu. Doğmalarını gözləmə zalında qarşılayan insanların indi də sevinclərinin həddi-hüdudu yox idi.

Azərbaycanın Qahirədəki səfirliyinin 1-ci katibi Hikmət Hacıyev:

- Azərbaycan səfirliyi hələ də Qahirədə fəaliyyət göstərir. Gələnlər Misiri könüllü tərk etmək istəyənlər və Azərbaycan səfirliyinin bir qrup əməkdaşıdır. Hal-hazırda 103 nəfər gəlib, onların 80 nəfəri həddi-buluğa çatmış insanlardır. Artıq Misirdə belə bir zərurət yaranmışdı ki, vətəndaşlarımızın təhlükəsizliyi baxımından onların təxliyəsi təşkil olunsun...

Gələnlərin əksəriyyəti Misirdə təhsil alan gənclər idi. Onlar paytaxt Qahirədə və bir sıra bölgələrdə hələ də etiraz aksiyalarının davam etdiyini, atəş
Gözləyənlərin intizarına isə səhər 3:15-də son qoyuldu
səslərinin eşidildiyini bildirirdilər.

«ÇÖRƏK TAPILMIRDI...»

Natiq Əliyev:

- Artıq mağazalarda çörək tapılmırdı. Biz təhsil aldığımız universitetin yataqxanasının mağazasından ancaq çörək tapa bilirdik. Oradan da ancaq yalnız gün ərzində bir çörək almaq olardı. Hazırda Misirdə xalq Hüsnü Mübarək hakimiyyətindən çox narazıdır. Misirdə əhalini birinci təngə gətirən korrupsiya, ikincisi isə qiymətlərdir. Hadisələrin gərgin vaxtı da qiymətlər kəskin artmışdı.

Pərviz Ağayev, tələbə

- Saat 8-dən sonra komendant saatı başlayırdı. Ancaq buna fikir verən yox idi. Aksiyalar davam edirdi. Daha doğrusu, heç kim heç kimə cavabdeh deyildi...

Ancaq Nicat Qocayevin cənazəsi isə gələn insanların arasında yox idi. Onun hansı şəraitdə gətirildiyi və necə öldüyü haqda isə hər hansı izahat verən olmadı. Misirdən dönən sıravi Azərbaycan vətəndaşları Nicat Qocayevlə bağlı suallarımızı səfirlik əməkdaşlarına ünvanlamağı məsləhət bildilər. Səfirliyin rəsmiləri isə bu məsələyə dəqiq aydınlıq gətirmədilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG