Misir müxalifətinin əsas xadimlərindən biri, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri Mohamed ElBaradei Misirdə yeni dövrün başlandığını bəyan edib. O prezident Hosni Mubaraki istefaya çağırıb.
Baradei Qahirədə kütləvi etiraz aksiyalarının mərkəzi olan Təhrir meydanında nümayişçilər qarşısında çıxış edib: “Mən bu gün bura həyatınızın ən xoş günündə sizə qoşulmağa gəlmişəm. Bu gün mən sizin hər birinizin gözünə baxa bilirəm. Bu gün siz misirlilər yaşamaqla azadlıq hüquqlarınızı geri aldınız. Artıq heç nəyi geriyə qaytarmaq mümkün deyil. Bizim əvvəllər qeyd etdiyim kimi bir əsas tələbimiz var - rejimi sona çatdırmaq və yeni dövrün başlanması”.
Nobel sülh mükafatı laureatı olan Mohamed ElBaradei bildirib ki, müxalifət partiyaları, o cümlədən qadağan olunmuş Müsəlman Qardaşları ona ordu və Mubarak rejimi ilə müvəqqəti milli birlik hökuməti yaratmaq məsələsində danışıqlar aparmaq səlahiyyəti verib.
Ancaq prezident Hosni Mubarakin hələlik təslim olmağa hazırlaşmır. Bazar günü hakimiyyət komendant saatının vaxtının uzadılmasını elan edib. Mubarak ordu rəhbərləri ilə görüşüb.
Misirdə 6 gündür davam edən iğtişaşlarda 100-dən çox adamın öldüyü bildirilir. Bir çox xarici ölkələr öz vətəndaşlarını Misirdən çıxarmağa başlayıblar.