Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 13:56
"Qanun" nəşriyyatı öz hesabına yeni kitab seriyasının nəşrinə başlayıb.

Gənc yazarlar üçün "Birinci kitab" seriyasından ilk olaraq Mirmehdi Ağaoğlunun "Görüş" romanı çap edilib.

Şəhərin mərkəzindəki evlərini satıb pulunun bir hissəsinə Zaqulba çimərliyində kafe icarələmiş Məmməd qazancıyla maşın və arvad sahibi olmaq niyyətindədi.

Bu gün qəsəbədə toy olduğu üçün kafe müştərisiz qalıb.

Gecəni keçmiş xatirələrlə keçirəcəyi fikrindəykən Məmmədin sonralar nağıllardan gəldiyini düşünəcəyi Məsmə peyda olur.

İctimai qınağın gözlərindən irağa düşən iki gənc təkbaşına qalıb… Əmindirlər ki, sevgililərin dos tu olan bu gecə sirlərini kimsəyə açmaz.

Onların sirri nə? Kitab da elə bundan danışır…

Kitab 500 tirajla çap edilib. Qiyməti 4 manatdır.

qanun.az

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG