“İctimai Palata ölkənin sabahının məsuliyyətini öz üzərinə götürməyə hazırdır. Biz ölkədə yeni demokratik parlament seçkilərinin keçirilməsini tələb edirik. Məqsədimiz xalqın seçdiyi parlamentin formalaşdırılmasıdır”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər yanvarın 29-u İctimai Palatanın növbəti toplantısında belə deyib.
O bildirib ki, məqsəd ölkədə vəziyyəti dəyişməkdir:
“Bu gün biz deyəndə ki parlament buraxılmalıdır və yeni seçkilər keçirilməlidir, bu, bəzi ziyalılarımıza ola bilsin çox radikal təklif kimi görünür. Ancaq müxalifətə bu çox yumşaq təklif kimi görünür. Hakimiyyətin özü üçün isə bu, qeyri-mümkün bir şey kimi görünür. Ancaq məsələ burasındadır ki, ola bilər bəlkə iki aydan sonra hakimiyyət yalvaracaq ki, gəlin parlamenti buraxaq, yeni seçkidə iştirak edin. Amma o zaman bəlkə biz razı olacağıq, lakin xalq razılaşmayacaq. Necə ki, o situasiyanı Tunisdə gördük”.