Misirdə prezidentin istefası tələbi ilə keçirilən kütləvi nümayişlər və hərc-mərcliyə baxmayaraq İsraillə Misir arasındakı sülh müqaviləsi qorunub saxlanmalıdır.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klintonla danışdığını, habelə müdafiə və xarici işlər naziri, İsrail kəşfiyyatının bütün elementlərilə məsləhətləşmələr apardığını deyir.
Beynəlxalq ekspertlər isə Davosda keçirilən ümumdünya iqtisadi forumunda xəbərdarlıq ediblər ki, dünya ehtiyyatlı hərəkət etməli və öz siyasi gələcəyini həll etmək haqqını misir xalqının öz öhtəsinə buraxmalıdır.
Birləşmiş Ştatlar şənbə günü Misirdəki vətəndaşlarını köçürməyə başlayıb.
Həmçinin Türkiyə eyni məqsədlə Misirə iki təyyarə göndərib.