Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Azərbaycanın XİN-i ölkə vətəndaşlarına xəbərdarlıq edib


Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misirə səfərləri təxirə salmağa çağırıb.

Nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumatda xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə getməmək tövsiyə olunur.

Xarici İşlər Nazirliyi Misirdə daimi və müvəqqəti yaşayan, habelə səyahətə gedən Azərbaycan vətəndaşlarını ölkədə elan olunmuş mövcud qaydalara əməl etməyə, iğtişaşlara qarışmamağa və üzləşdikləri hər hansı problemlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət etməyi məsləhət görür.

Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanlarını Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində tapmaq olar.

Saytın ünvanı belədir: www.mfa.gov.az.
XS
SM
MD
LG