Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 22:49

Bakıda 65 kiloqram civə müsadirə olunub

Bakıda civə alveri ilə məşğul olan şəxslər tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Vüqar Heydərov və Emin Dadaşov 5 kiloqram civəni 20000 dollara satarkən tutulublar.

E.Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində civəni Hövsan qəsəbəsində yaşayan Səməd Mövlamovdan alması müəyyən edilib.

Əməliyyat nəticəsində S.Mövlamov tutulub, onun həyətinə baxış zamanı oradan 65 kiloqram civə aşkar edilərək götürülüb.

Məlumatı DİN-nin mətbuat xidməti yayıb.
This item is part of
XS
SM
MD
LG