Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 22:14

Qubernator müavini öldürüldü

Yanvarın 29-da Əfqanıstanda intiharçı - Qəndəhar vilayəti qubernatorunun müavinini öldürüb.

Hadisə qubernator müavini Əbdül Lətif Aşina evdən çıxıb öz maşınıyla işə yollanarkən baş verib.

Üzərində partlayıcı olan kamikadze motosikletlə onun maşınına yanaşıb və özünü partladıb.

Aşinanın sürücüsü və bir cangüdəni partlayış zamanı yaralanıb.

Yoldan ötən iki nəfər də xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
This item is part of
XS
SM
MD
LG