Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:43

Ombudsmanın amnistiya müraciətinə yazda baxılacaq


Azərbaycan ombudsmanı qadınların, azyaşlıların və xəstə məhkumların barəsində amnistiya tətbiq olunmasını istəyir.

İnsan Hüquqları üzrə müvəkkil Süleymanova bir neçə gün öncə amnistiya elan olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Ancaq Ombudsman amnistiya tətbiq olunacaq məhkumların sayının dəqiq müəyyən edilmədiyini və əsasən azyaşlı, qadın və xəstə məhkumların bağışlanılmasının tərəfdarı olduğunu deyib.

E. Süleymanova bildirib ki, onun müraciəti millət vəkilləri tərəfindən müsbət qarşılanıb və Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

İndiyədək Azərbaycanda 9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı imzalanıb, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşub./Trend/
XS
SM
MD
LG