Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə «Birlikbank»ın lisenziyası ləğv edilib. Belə ki, bankın qanunvericiliyin tələblərini pozduğu, o cümlədən idarəetmə və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyi bildirilir.
Təsisçisi 20 yerli fiziki şəxs olan «Birlikbank» 1993-cü ildən fəaliyyət göstərib.
Banka müvəqqəti inzibatçı təyin edilib.
Hazırda ölkədə 44 bank fəaliyyət göstərir ki, onlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır.