Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 22:44

Avropa Birliyi Belarusla bağlı qətnamə qəbul edib


Avropa Şurasının Parlament Assambleyası Belarusla bağlı qətnamə qəbul edib.

Yeni əlavələr edilmiş sənəd Belarus rəsmilərinə qarşı dəqiq sanksiyalar tətbiq etməyə və bütün Avropa Birliyi ölkələrini dekabrda Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərinin nəticələrini tanımaqdan çəkinməyə çağırır.

Layihədə həmçinin seçkidən sonra Belarusda müxalifətçilərin təqib olunmasından dərin narahatlıq bildirilir, həbsdə olan prezidentliyə keçmiş namizədlər və onların tərəfdarlarının azad edilməsi tələb olunur.
XS
SM
MD
LG