Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:18

Misirdə etiraz dalğası genişlənir


Misirdə prezident Hüsnü Mübarəkin istefası tələbi ilə etiraz aksiyaları ketdikcə genişlənir.

Bu gün ölkə paytaxtı Qahirə, Suez, Tanta və Alexandria şəhərlərində polislə nümayişçilər arasında toqquşmalar olub.

Müxalifət tərəfdarlarını sabah cümə namazından sonra kütləvi nümayişə çağırıb.

Bu arada islahatlar tərəfdarı və Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Məhəmməd əl Baradeyi Misirə gedəcəyini bəyan edib.

Müşahidəçilər hesab edir ki, onun səfəri etiraz dalğasını daha da gücləndirə bilər.

ABŞ dövlət katibi Hillari Klinton tərəfləri sakitliyə,eyni zamanda Misir hökumətini islahatlar aparmağa çağırıb.

İndiyədək nümayişlərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 6 adam ölüb, 800-dən artıq adam saxlanıb.

Ölkədə Facebook və Twitter kimi social şəbəkələrə çıxış bağlanıb.
XS
SM
MD
LG