Neft Fondunun vəsaitlərinin artırılması üçün büdcə proqramı hazırlanır
Proqram 2011-ci ilin sonuna kimi imzalanması üçün prezidentə təqdim olunacaq.
Bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib. Onun sözlərinə görə, yeni proqram təsdiq olunduqdan sonra Neft Fondu daha ciddi layihələr həyata keçirəcək.
Ş.Mövsümov bildirib ki, məzənnələrinin dəyişikliyi zamanı konservativ siyasət həyata keçirilir. Belə ki, Neft Fonundun vəsaitləri 99% sabit gəlirli istiqrazlarda yerləşdirilir.
Dövlət Neft Fondu vəsaitlərinin 53,41% dollarla, 41,43% avro, 5,16% isə funt-sterlinq ilə yerləşdirilib.