Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:27

Bağdadda törədilmiş partlayışda 48 adam ölüb


Bağdaddakı şiə məhəlləsində törədilmiş partlayışda azı 48 adam ölüb, onlarla adam isə yaralanıb.

Bu barədə səhiyyə nazirinin müavini Xamis as Saad xəbər verir.

Məlumata görə matəm mərasimi keçirilən çadırın ətrafında maşın partladılıb.

Son həftə ərzində İraqda törədilmiş partlayış və hücumlarda 200-ə yaxın adam ölüb.
XS
SM
MD
LG