Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

BOTAŞ şirkəti Azərbaycana 700 milyon dollar ödəyib


Türkiyənin BOTAŞ şirkəti ilə Neft Fondu arasında əvvəlcədən müəyyənləşdirilmiş qiymət dəyişikliyi olub.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, dəyişiklikdən sonra BOTAŞ şirkətinin Azərbaycan hökumətinə 1,351 milyard vəsait ödəməsi nəzərdə tutulub:

“Artıq bu vəsaitin 700 milyon dolları ödənilib. Ödənilmiş məbləğin 138 milyon dolları Neft Fondunun payıdır. Martın sonuna kimi qalan vəsaitin tam ödənməsi nəzərdə tutulub”.

Azərbaycanla Türkiyə arasında “Mərhələ 1” kommersiya sazişi 2001-ci ilin martında imzalanıb.

Azərbaycan prezidentinin 2010-cu ilin iyunun 7-də İstanbula səfəri zamanı tərəflər arasında qaz razılaşmasına dair paket sənədləri də imzalanıb. Nəticədə Türkiyə tərəfi 2007-ci ilin iyulundan 2010-cu ilin iyununadək aldığı qazın qiymətinə əlavə olaraq təqribən $1,4 mlrd. ödəməyə razılaşmışdı.
XS
SM
MD
LG