Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Qənimət Zahidin şikayəti araşdırılmağa başlanıb


Avropa İnsan Hüquqları Məhkəməsi «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətini araşdırmağa başlayıb.

Qənimət Zahid 2007-ci ildə Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən xuliqanlıqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 2010-cu ildə ölkə prezidentinin əfv sərəncamı ilə azadlığa çıxıb.

Media Hüququ İnstitutunun məlumatına görə, artıq bu həbsdən Avropa İnsan Hüquqları Məhkəməsinə verilən şikayətlə bağlı Azərbaycan hökumətinə sorğu göndərilib.

Qənimət Zahidin vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov ölkə daxilində müdafiə imkanları tükəndiyi üçün Avropa Məhkəməsinə şikayət ediblər.

Şikayətdə Avropa Məhkəməsindən Qənimət Zahidin hüquqlarının pozulmasının tanınması, onun işlə bağlı çəkdiyi xərclərin, habelə dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilib.
XS
SM
MD
LG