Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:52

Yevlaxda yeni avtovağzal tikilir


Müasir standartlara uyğun yeni avtovağzal 3 hektar ərazidə inşa olunur. Ötən ilin may ayından başlayan tikinti işləri bu ilin sonunda başa çatcaq.

Yevlax İcra hakimiyyətindən verilən məlumata görə, yeni avtovağzal əsas binadan, gözləmə zalından, avtobus dayanacaqlarından ibarət olacaq.

Bundan başqa ərazidə bir çox yardımçı binaların - iki su anbarı, elektrik yarımötürücü stansiya və qazanxana tikintisi də nəzərdə tutulub.

Artıq bu tikililərdə işlər yekunlaşmaq üzrədir. Burada texniki xidmət məqsədi ilə avtoservis də yaradılacaq. Bu işlərdən sonra avtovağzalın ümumi görünüşünü gözəlləşdirmək məqsədi ilə yeni parkın salınmasına və fəvvarə kompleksinin tikintisinə başlanacaq.

Yeni avtovağzalın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG