Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Avropa Məhkəməsinin qərarlarından yayınan ölkələrin siyahısı açıqlanıb


AŞPA Avropa İnsan Haqları Konvensiyasının dəfələrlə pozulmasına səbəb olmuş, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasından yayınan ölkələrin siyahısını açıqlayıb:

Bolqarıstan, Yunanıstan, İtaliya, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna.

AŞPA-da qəbul olunan qətnamədə deyilir ki, əsas problemlər şübhəli şəxslərin hüquq mühafizə orqanı əməkdaşları tərəfindən öldürülməsi və ya pis rəftarı, qanuna zidd həbslər, hüquqi proseduraların uzadılmasıdır. «Bu problemlərin həlli Strasburq Məhkəməsinə daxil olan şikayətlərin azalmasına səbəb olacaq» deyə qeyd olunur.

Qətnaməyə görə, bu problemlərin daha çox olduğu ölkələrə Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Hersoqovina, Gürcüstan və Serbiya daxildir.
XS
SM
MD
LG