Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Neftçala sakini özünü polis bölməsində asıb


Neftçala rayonunda təqsirləndirilən şəxs Polis Şöbəsində intihar edib.

Neftçala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.45 radələrində qeydə alınıb.

Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan rayon sakini, 30 yaşlı Aydın Abbasov alt köynəyi ilə özünü asıb.

O, intihar etməzdən əvvəl məktub yazaraq ölümündə heç kimin günahı olmadığını bildirib.

Polis Şöbəsindən verilən məlumata görə, bir müddət əvvəl Aydın Abbasov barəsində həbs-qəti imkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunurmuş.

Aydın Abbasov əvvəllər də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrdən qanunsuz istifadə etmə) maddələri ilə təqsirləndirilərək məhkum edilib.
Faktla bağlı cinayət işi başlanıb.
XS
SM
MD
LG