Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

İranda Azərbaycan dilində çıxan qəzet bağlandı


İranda Azərbaycan türkcəsində dərc edilən az saylı qəzetlərdən biri - "Yarpaq" bağlandı.

Qəzetin redaksiya heyəti bununla bağlı bəyanatında bildirir ki, "Güney Azərbaycan düşüncəsinin danışan dili susduruldu.

Bir neçə dəfə növbəti sayımızın buraxılışına təşəbbüs güstərsək də, hər birində yeni maneələrlə qarşılaşmışdıq.

Nəhayət "Yarpaq"ın buraxılış imtiyazının İranın "Mətbuata nəzarət heyəti" tərəfindən ləğv ilə son maneəni aşa bilməyəcəyimizi anladıq.

Sözsüz qəzetin nəşrinin birdəfəlik dayandırılması Azərbaycan mədəniyyəti, düşüncəsi və dilinin böyük itkisidir. Və biz bu itkiyə necə dözəcəyimizin şok anlarını yaşayırıq.

Bilirik, qəzetin bağlanması aydınlarımızda, yazarlarımızda və böyük oxucu kütləsində kədər hissi doğurur.

Ancaq bu olayı sevinc dolu xəbər kimi qarşılayan azsayılı soydaşlarımız da var.

Bunlar "Yarpaq"a qarşı apardıqları geniş təxribatlardan və yaydıqları geniş şayiələrdən dolayı indı razılıq hissi duya bilərlər.

Bizim bu acı yenilyimiz həm bunlara, həm də güc quruluşlarına nuş olsun.

Qəzetin sınaq sayından indiyə qədər onu sevgi ilə qarşılayan oxuculara, zəhmət çəkən bütün qələm sahiblərinə və fədakar əməkdaşlara minnətdarlığımızı bildiririk.

Habelə, həqiqi yollarla onun yenidən nəşrinə dair çalışmalarımızı dayandırmayacağımıza və hələlik qəzetin 15-ci sayının elektron variantını bu yaxınlarda nəşr edəcəyimizə söz veririk".

("Yarpaq" qəzetinin İnternet saytı)

"Yarpaq" 6 il qabaq təsis edilib. Tam şəkildə Azərbaycan dilində çap edilən qəzet Azərbaycanlılar, qaşqaylar, Xorasan və Xələc türkləri yaşayan bölgələrdə yayılırdı.

Qəzetdə Azərbaycan mədəniyyəti, dili və Azərbaycan türkcəsinin tədrisi və təbliği ilə məşğul olan dərnəklərin işi işıqlandırılır, yerli yazıçı və şairlərin əsərləri çap edilirdi.

dayaq.org

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG