Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:51

Şəmkir Dəmiryol Vağzalının inzibati binası yanıb


Şəmkir rayon Yanğından Mühafizə Şöbəsinin rəisi Sahil Rzayevin verdiyi məlumata görə, yanğın hadisəsi yanvarın 25-də saat 18 radələrində baş verib.

Ümumi sahəsi 450 kvadratmetr olan Dəllər Dəmiryol Vağzalının inzibati binasının 100 kvadratmetr dam örtüyü yanaraq külə dönüb.

Yanğın zamanı vağzalın ikinci mərtəbəsi və gözləmə zalı yanğından mühafizə edilib.

Sahil Razayev deyir ki, ilkin ehtimallara görə, yanğına vağzalın adı yazılmış reklam tablosundakı elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub.

Vağzalın ikinci mərtəbəsində bəzi dəmiryolçuların ailələri yaşayır.
XS
SM
MD
LG