Keçid linkləri

Təcili xəbərlər
2022, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

AŞ PA məruzəçiləri Azərbaycana gəlir


AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrex yanvarın 31-dən fevralın 3-dək Azərbaycanda olacaqlar.

Bu barədə AzadlıqRadiosuna Strasburqdakı nümayəndə heyətinin üzvlərindən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli məlumat verib.

AŞ PA məruzəçilərinin səfəri Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi barədə növbəti məruzənin hazırlanması çərçivəsində həyata keçiriləcək.
XS
SM
MD
LG