Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:01

Obama 400 milyarda qənaət etmək niyyətindədir


Barak Obama
Barak Obama
ABŞ prezidenti Barak Obama tədqiqat işlərinə, təhsil və infrastruktura investisiyanı artırmağa çağırıb ki, dünyanın ən böyük iqtisadiyyatı daha rəqabət qabiliyyətli olsun.

Obama Konqresdə amerikalılara müraciətində Sovet İttifaqı ilə kosmik yarışı xatırladaraq ölkəsinin hazırda «sputnik» anı ilə üzləşdiyini bildirib:

«Bir əsr əvvəl Sovetlər bizi kosmosda ötüb keçəndə - Yerin ilk süni peykini buraxanda, biz bilmirdik ki, ilk insanın Aya enməsi üçün yarışda onları necə ötəcəyik. Bizim elmi bazamız, Milli Aerokosmik Agentliyimiz yox idi. Ancaq təhsil və təhqiqat işlərinə yatırım etməyə başlayan kimi nəinki Sovet İttifaqını ötdük, yeni sahələr və milyonlarla yeni iş yeri yaradan innovasiya yüksəlişini stimullaşdırdıq».

Xarici siyasətə toxunan Obama bildirib ki, İraq müharibəsi artıq başa çatır və ABŞ Əfqanıstandakı qüvvələrini iyul ayından başlayaraq azaldacaq.

Obama Rusiya ilə münasibətlərin bərpa edildiyini və Asiya ölkələri ilə münasibətlərin möhkəmləndiyini bildirib.

ABŞ hökuməti bir sıra sosial proqramları ixtisar etmək hesabına təxminən 400 mlrd. dollar vəsaitə qənaət etmək fikrindədir.

«İllik daxili xərcləri yaxın 5 il ərzində dondurmağı təklif edirəm. Bu, imkan verəcək ki, yaxın 10 ildə büdcə kəsirini 400 mlrd. dollar azaldaq», - deyə prezident bildirib.

Dondurulması planlaşdırılan proqramlar ABŞ-ın hazırkı büdcəsinin 12%-ni (3.7 trln. dollar) təşkil edir. Bu proqramlar arasında ahıllara və aztəminatlı vətəndaşlara dövlət tibbi xidmət proqramları da var.

Barak Obama yeni iş yerlərinin açılmasının vacibliyindən danışıb. Prezident deyib ki, ABŞ vətəndaşlarının işə düzəlməsində dövlət özəl biznesə yardım etmək niyyətindədir.

Ekologiya problemlərinə toxunan Barak Obama ABŞ vətəndaşlarını daha çox elektromobil və hibrid mühərrikli avtomobillər almağa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG