Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:36

Mövsüm Səmədov həbsdə qaldı


Yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİB) sədri Mövsüm Səmədovun apelyasiya şikayətinə baxıldı. Hakim Mövsüm Səmədov barəsində Nəsimi Rayon Məhkəməsinin 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi bərədə qərardan verilmiş apelyasiya şikayətini təmin etmədi.

Yanvarın 7-də Mövsüm Səmədov polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilib. Yanvarın 19-da Mövsüm Səmədovun vəkilinin onun barəsindəki həbs qərarından verdiyi apelyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. 1

3 sutkalıq həbs cəzası yanvarın 20-də bitib. Elə həmin gün ona qarşı Cinayət Məcəlləsinin terrorçuluq, qanunsuz odlu silah əldə edib saxlama və hakimiyyəti zorla ələ keçirmə və ya onu saxlama maddələri ilə ittihamlar irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi Mövsüm Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG