Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri yanvarın 25-i Azərbaycanda saxlanılan erməni əsirlərlə görüşüblər.
Bu barədə APA-ya BQXK-nın Bakı ofisinin mətbuat katibi Rüstəm Əlizadə bildirib. Onun sözlərinə görə, BQXK nümayəndələri onların saxlanma şəraiti və fiziki durumları ilə maraqlanıblar. Görüş zamanı onlardan birinə “Qızıl xaç” məktubu verilib, həmin şəxslərə 7 şifahi mesaj çatdırılıb.
Hazırda Azərbaycanda 7 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Əsirlərdən 3-ü - Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan 2009-cu ilin fevralında, 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, 1-i -Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Daha bir hərbi əsirin adı isə açıqlanmır.